| 14.08.01 |
| "ETIRAF" BAKIDA DA NÜMAYİŞ ETDİRİLİB |
| Kinorejissor Şamil Əliyevin Məhşur Misir yazıcısı ,Nobel mükafatı laureatı Nəcib Məhfuzun "Oğru və itlər" romanının motivləri əsasında çəkdiyi "Etiraf" bədii filmi "Azərbaycanda ilk geniş nümayişini Misir Mədəniyyət Mərkəzi təşkil edib. 14 Avqust 2001 -çi idə güsrərilən bu film hələ 1992 - ci ildə cəkilib ,bir sıra beynəlxalq kinofestivallarda- Qahirə, Daşkənd, Almata Beynəlxalq kinofestivallarında göstərilib, Aşqbadda keçirilən Beynəlxalq "Firuzə baharı" kinofestivalında Xüsusi mükafata layiq görülüb. Çəkilişləri əsasən Bakıda aparılan bufilmdə rejissor dinə, ölümə, məhəbbətə özünəməxsus yanaşma üslubunu nümayiş etdirib. Misir səfirliyinin təşəbbusu ilə keşirilən bu simpoziumda tanınmış Azərbaycan kinematoqrafçılfrı H.Ömərova,M.Manıyev,N.Əhmədova, Z.Sadıxova və başqaları da iştirak edirdilər. Simpoziumu giriş sözü ilə Misir Mədəniyyət Mərkəzinin sədri Saleh Məşəl açdı.Bu simpoziunun Misir və Azərbaycan kinematoqrafçıları arsında əlaqələrin yaranması üçün mühüm bir addım adlandırdı. Kinoşünas- aktrisa H.Ömərova film haqqında danışaraq bunu dedi:"Kino çəkilişində iki yön var.Birincisi əsəri olduğu kimi ekranlaşdırmaqç ikinci yol -əsərin motivləri əsasinda "müəllif kinosu" yaratmaq. Şamil Əliyev bu filmi çəkərkən ikinci yolu seçib-fəlsəfi psixoloji üslubda bir ekran əsəsri yaradıb." |
| 12.10.01 |
| I AUDİOVİZUAL FESTİVAL |
| 12-14 Oktyabr 2001-ci ildə Bakıda Zuğulba "Gənclik" mərkəzində I Audiovizual festival keçirildi.Əsasən gənclər arasında (35 yaşa qədər) keçirilən bu festivalın müsabiqəsində ən yaxşı sənədli film, televiziya müəllif verilişi,ən yaxşı klip, ən yaxşı reklam, ən yaxşı kompyüter qrafikası,ən yaxşı tələbə işi üzrə əsəsrlər arasında yarış keçirilirdi.Bundan əlavə informasion baxış, Alfred Hickoka xüsusi ithaf da var idi. Jürinin sədri - Xalq artisti kinorejissor Rasim Ocaqov, üzvləri - Xalq artisti Vasif Babayev, Xalq rəssamı-E.Rzaquliyev,Ssenarist-şair- Ramiz Rövşən,Telejurnalist-Qulu Məhərrəmov Festivalın prezidenti - Ayaz Salayev, directoru - Cəmil Quliyev idi. |