Təsadufi Görüş
Rejissor: Şamil Əliyev, Nərminə Quliyeva.
Ssenari: Nərminə Quliyeva.
Operator: Kənan Məmmədov.
Rəssam: Rafis İsmayılov
Bəstəkar: R. Əliyev
Rollarda:Murad - Fuad Poladov, Tamara - Sənubər İsgəndərova
Sinopsis: Bir vaxtlar bir-birini çox sevən, sonra ayrılan Tamara və Murad təsadüfən küçədə rastlaşırlar. Murad Tamaranı "tanımır" , bu görüşü "oyuna" çevirir. Sonluq faciə ilə bitir. Məhəbbətin və ölümün sirrindən bəhs edən müasir pritça.

© "Debüt" ,1999 , 35mm, 3 hissə, 713m, rəngli, 1999.

Göstərildiyi Festivallar və aldığı mükafatlar:
ll-ci Beynəlxalq Flaqstaff Kinofestivalında - Bürünc Mükafat -1999 (ABŞ)
XIII-cü Beynəlxalq Klermont-Ferrand Kinofestivali- Əsas müsabigədə -2001 (Fransa)
XXIX-cu Beynəlxalq Alcarve Kinofestivalı - Əsas müsabiqədə -2001 (Portuqaliya)
XII-ci Beynəlxalq Ankara Kinofestivalı - Rəsmi proqramda-2000 (Türkiyə)