Kişi sözü
Rejissor: Cahangir Mehdiyev.
Ssenari: İsi Məlikzadə.
Operator: Fikrət Əsgərov, Eduard Qalakçiyev.
Rəssam: Fikrət Əhədov.
Bəstəkar: Vasif Adıgözəlov.
Rollarda: Əjdər Həmidov (Qasım), Sənubər İsgəndərova (Solmaz), Kəmalə Abdullayeva (Tovuz), Muxtar Avşarov (Ələmdar), Əfrasiyab Məmmədov (Nəbi), Leyla Bədirbəyli (Xavər), Cahangir Mehdiyev (Niyaz), Tələt Rəhmanov (Bayandur), Cavahir Bayramova (Nübar), İradə Həsənova (Ağca), Lətifə Əliyeva (Qəndab), Elnur Mehdiyev (velosiped sürən), Balabəy Balabəyov (arıq sürücü), Nazim Ağayev (Atayev).
Sinopsis: Musiqili lirik komediya kənd sakinlərinin namus, ləyaqət və şan-şöhrət kimi məsələlərə münasibətindən bəhs edir.

© "Azərbaycanfilm", 35mm, 8 h., 2065m., g/e, rəng, 1987.