Dərviş Parisi partladır
Rejissor: Şamil Mahmudbəyov, Kamil Rüstəmbəyov.
Ssenari: Ədhəm Qulubəyov.
Operator: Arif Nərimanbəyov,Zaur Məhərrəmov.
Rəssam: Nadir Zeynalov
Bəstəkar: Tofiq Quliyev.
Rollarda: Sergey Yurski (müsyö Jordan), Mirzə Babayev (Dərviş Məstəlişah), Adil İskəndərov (Hətəmxan ağa), Leyla Bədirbəyli (Şəhrəbanu xanım), Səfurə İbrahimova (Sənəm), Ənvər Həsənov (Şahbaz bəy), Həsənağa Turabov (Rəşid bəy), Fazil Salayev,Mömünat Qurbanova, S.Bağırova, Kamil Məhərrəmov.
Sinopsis: Komediya. Mirzə Fətəli Axundovun "Müsyö Jordan və dərviş Məstəli şah" komediyasının motivləri əsasında. Hətəmxan ağanın qonağı olan fransız alimi müsyö Jordan, ev sahibinin qardaşı oğlunu oxutmaq üçün Parisə aparmaq istəyir. Avam qohumlar isə bunun qarşısını almaq üçün hər cür hiyləyə əl atırlar.

© "Azərbaycanfilm" 35 mm. 7 h. 1934 m. g/e. rəng, 1976.