Vasif Babayev
Rejissor: 16.09.1940-cı ildə Bakıda anadan olub. 1958-1965-ci illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. 1964-cü ildən Azərbaycan Dövlət Teleradio komitəsində işləyib.İşlədiyi müddətdə yüzlərlə veriliş,proqramlar yaratmış, 40-dan çox filmin müəllifidir. Bir neçə filmi Ümumittifaq festivallarında müxtəlif prizlərə layiq görülmüşdür. Azərbaycanın xalq artistidir.
Filmoqrafiya:
1. "Bakı bulvarı" (1967)
2. "Sovet Azərbaycanı" (1973/77/80)
3. "Şəki" (1978)
4. "Xuraman" (1979)
5. "İçərişəhər - əbədi nağıl" (1984)
6. "Nəbi Xəzri" (1986)
7. "Kərim Kərimov" (1988)