Tofiq Tağızadə
Rejissor: (07.02.1919 - 27.08.1998) Bakı şəhəri. 1953 - cü ildə Moskvada Ümumittifaq Dövlət Kinomatoqrafiya İnstitutunun kinorejissorluq fakultəsini bitirdikdən sonra C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında fəaliyyətə başlayır.Bir çox filmlərin quruluşçu rejissorudur. Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür.
Filmoqrafiya:
1. "Görüş" (1955)
2. "Uzaq sahillərdə" (1958)
3. "Əsl dost" (1959)
4. "Mateo Falkone" (1959)
5. "Mən rəqs edəcəyəm" (1962)
6. "Arşın mal alan" (1965)
7. "Mən ki, gözəl deyildim" (1968)
8. "Yeddi oğul istərəm" (1970)
9. "Flaminjqo - qızıl qazdır" (1972)
10. "Dədə-Qorqud" (1975)
11. "Narlıq" (1978)
12. "Babamın babasının babası" (1981)
13. "Bağ mövsümü" (1985)
14. "O dünyadan salam" (1993)
15. "Köpək" (1994)