| Rüstəm İbrahimbəyov |
| Rejissor: 05.02.1939-cu ildə Bakıda anadan olmuşdur.Yazıçı,dramaturq,kino və teatr rejissoru,ssenarist. 1970-ci ildə ekranlara eyni zamanda ssenari müəllifi Rüstəm İbrahimbəyov olan iki film çıxdı. Birinci film - "Bir cənub şəhərində" (rejissor E.Quliyev) "Azərbaycanfilm"in istehsalı, ikinci film isə "Mosfilm"in istehsalı olan "Səhranın ağ günəşi" (ssenari V.Yejovla birgə ,rejissor V.Motıl) idi. "Bir cənub şəhərində" qabaqcıl kino tənqidçilərini və tamaşaçıları fəth etmişdisə də, sovet rəhbərliyini qorxuya salmışdı.Film milli Azərbaycan kinosunun novator nümunəsi kimi öz yerini tutacaqdı."Səhrani ağ günəşi" isə cox populyarlıq qazanaraq pərəstiş obyektinə çevriləcəkdi.30 ildən sonra filmə Dövlət mükafatı verilir.Artıq Moskva tənqidçiləri tərəfindən tanınmış, gənc Bakılı yazıçı cox tez bir zamanda şöhrət tapır. Ziyalı və aristokrat ailəsində doğulan R.İbrahimbəyov Azərbaycan Neft və Kimya İnstitutunu (1962) bitirib, namizədlik dissertasiyasını müdafiə edir. O illərdə Moskvada Ali rejissorluq və ssenaristlik kurslarında onun qardaşı, tanınmış yazıçı Maqsud İbrahimbəyov təhsil alırdı.Kinoya aludəçilik görünür elə buradan yaranır.Əvvəlcə ssenari bölməsini(1967), sonralar rejissorluq bölməsini də(1974) bitirir.1971-ci ildə Nikita Mixalkovun rejissor diplomu üçün Rüstəm İbrahimbəyov özünün "Sakit gün" hekayəsi əsasında ssenari yazır.Beləliklə, "Müharibənin sonunda sakit gün" filmi yaranaraq "Mixalkov-İbrahimbəyov" duetinin başlanğıcını qoyur ki, daha sonralar "Urqa", "Günəşdən usanmışlar","Sibir bərbəri" trilogiyasınin çəkilməsinə səbəb olur. Bir qayda olaraq yazıçı və ssenarist R.İbrahimbəyov Azərbaycan - Bakı haqqında yazırdı. Onun qələmindən Bakının müharibədən sonrakı kasıb küçələri,həyətləri, cənubluların ehtiras,sevinc,kədər dolu parlaq obrazları təkrarolunmaz şəkildə kitablara, ekranlara ,səhnəyə yol tapırdı. R.İbrahimbəyov deyir: - Mən özümə və sənatkar kimi imkanlarıma çox ciddi yanaşıram.Fikirləşirəm ki, əlinə qələm və kağız alan hər bir kəs daxili cəsarətnə haqq qazandırmalıdır ...Mənə elə gəlir ki, mənim yaşadığım mühitdə mənim gördüklərimi,hisslərimi heç kim mənim kimi təkrar edə bilməz, çünki elə ştrixlər var ki, onları ancaq mən görürəm.Bu mənim daxili metronomumdur. N.Mixalkov deyir: - Bu görkəmli yazıçının ustalığına heyranam.İnsan xarakterlərini, münasibətlərini dialoq vasitəsi ilə incə ştrixlərlə açmaq bacarığına..."Urqa"da - beş səhifəlik ssenari filmin maliyyələşməsi üçün bir impuls olmuşdu.Burada - möhtəşəm ideyaların və təəssuratların yığcamlığı - yaradıcı münasibətdən irəli gəlirdi. Paralel olaraq R.İbrahimbəyovun teatr həyatı da cox uğurlu olmuşdur."Şirə bənzər","Yaşıl qapı arxasında", "Öz yolu ilə", "Təmas", "Qum üzərində ev", "İstintaq", "Ultimatum", "Kaliforniyada dəfn" pyesləri Azərbaycanda. Türkiyədə, Moskvada, Sant-Peterburqda, Praqada, Nyu-Yorkda, Sofiyada, Budapeştdə, Berlində tamaşaya qoyulmuşdur. Azərbaycan Kinomatoqrafçılr İttifaqının sədri,MDB və Baltikyanı ölkələr Kinomatoqrafçılar İttifaqıKonfederasiyasının sədri, Avropa Kino Sənəti Akademiyasının həqiqi üzvü, ABŞ Kino Akademiyasının üzvüdür. |
Filmoqrafiya:
1. "Bir cənub şəhərində" 1969 (rejissor E.Quliyev)
2. "Səhranın ağ günəşi" 1969 (V.Yejovla birgə,rejissor V.Motıl)
3. "Çekist haqqında povest" 1969 (rejissor B.Durov)
4. "Müharibənin sonunda sakit gün" 1970 (rejissor N.Mixalkov)
5. "O vaxt mən yox dedim" 1973 (rejissor P.Arsenov)
6. "Ürək, Ürək" 1975 (rejissor E.Quliyev)
7. "Suita" 1976 (rejissorR.İbrahimbəyov)
8. "Ad günü 1977 (rejissor R.Ocağov)
9. "Risqin strategiyası" 1978 (rejissor A.Proşkin)
10. "Bir ailəlik bağ evi" 1978 (rejissor Y.Qusman)
11. "Məhəbbətlə yarıbayarı" 1979 (rejissor S.Mikaelyan)
12. "İstintaq" 1979 (rejissor R.Ocağov) (SSRİ Dövlət mükafatı laureatı)
13. "Anın quruluşu" 1981 (rejissor R.İsmayılov)
14. "Bağlı qapı arxasında" 1981 (rejissorR.Ocağov)
15. "İşgüzar səfər" 1982 (rejissor R.İsmayılov)
16. "Gəmi saatının sirri" 1982 (rejissorR.Şabanov)
17. "Park" 1983(rejissor R.Ocağov)
19. "Talismanım, qoru məni" - 1986(rejissor R.Balayan) (İstanbul Beynəlxalq Kinifestivalı - Qran Pri)
20. "Vurulmayan sillə" 1987(rejissorİ.Şatrov)
21. "Sərbəst enmə" 1987(rejissor M.Tumanişvili)
22. "Özgə həyat" 1987(rejissor R.Ocağov)
23. "Filer" 1987 (rejissorR.Balayan)
24. "Ölsəm bağışla" 1989 (rejissor R.Ocağov)
25. "Qətldən yeddi gün sonra" 1991 (rejissorR.Ocağov)
26. "Urqa - məhəbbət dairəsi" 1991 (rejissorN.Mixalkovla birgə) Venesiya Fim Festivalı - Qızıl Şır; America Kino Akademiyasinin "Oskar" mükafatına təqdimat; Rusiya Dövlət mükafatı laureatı)
27. "Həm ziyarət, həm ticarət" 1994 (rejissor R.Ocağov)
28. "Günəşdən usanmışlar" 1994 (rejissorN.Mixalkovla birgə) Kann festivalında Jürinin Xüsusi Prizi; Amerika Kino Akademiyası "Oskar" mükafatı laureatı; Rusiya Dövlət mükafatı laureatı
29. "Uçulmuş körpü" - 1996 (rejissor R.Puyya ilə birgə)
30. "Çalışqan adam" 1996 (rejissor R.İbrahimbəyov)
31. "Ailə" 1998 (Rejissor R.İrahimbəyov,R.Mirzəyev)
32. "Sibir bərbəri" 1999 (rejissorN.Mixalkovla birgə)
33. "Şərq - Qərb" 1999 (S.Bodrovla birgə, rejissor R.Varnye) ABŞ Kino Akademiyasının "Oskar" mükafatına təqdimat
34. "Əlaqə telefonu" 2001 (rejissorR.İbrahimbəyov) |
|
|