Rasim Ocaqov
Rejissor: 22.11.1933-cü ildə Azərbaycanın Şəki şəhərində anadan olub. 1951-1956-cı illərdə Moskvada ÜDKİ-nun kinooperatorluq fakultəsində təhsil alıb. Daha sonra M.A.Əliyev adına ADİİ-nu bitirib. 1956-cı ildən "Azərbaycanfilm" kinostudiyasında quruluşçu-operator, 1973-cü ildən quruluşçu-rejissor işləyir.Azərbaycanın və SSRİ-nin Dövlət mükafatları laureatıdır. Respublikanın xalq artistidir.
Filmoqrafiya:

Quruluşçu-operator kimi

1. "Onun büyük ürəyi" (1958)
2. "Əsl dost" (1959)
3. "Bizim küçə" (1959)
4. "Sən niyə susursan?" (1966)
5. "Bir cənub şəhərində" (1969)
6."Əsas müsahibə" (1971)
7. "Skripkanın qayıtması" (1972)
8. "Ömrün ilk günü" (1973)

Quruluşçu-rejissor kimi

1. "Gəncəbasarlı qisasçı" (1974)
2. "Tütək səsi" (1975)
3. "Ad günü" (1977)
4. "İstintaq" (1979)
5. "Bağlı qapı arxasında" (1981)
6. "Park" (1983)
7. "Özgə həyat" (1987)
8. "Ölsəm bağışla" (1989)
9. "Qətldən 7 gün sonra" (1990)
10. "Təhminə" (1993)
11. "Həm ziyarət, həm ticarət" (1995)
12. "Otel otağı" (1999)