Rasim İsmayilov
Rejissor: 13.07.1936-cı ildə Bakıda anadan olub. 1958-1962-ci illrdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun operatorluq fakultəsini bitirərək, "Azərbaycanfilm" kinostudiyasında quruluşçu-operator işləməyə başlayır. 1963-1978-ci illərdə "Azərbaycanfilm" kinostudiyasında quruluşçu-operator kimi, 1977-ci ildən isə quruluşçu rejissor kimi bir neçə bədii filmdə işçləyib. Bundan əlavə 20 sənədli, 3 animasiya, "Mozalan" kinojurnalı üçün 10 süjetin müəllifi və quruluçu-rejissorudur. Əməkdar incəsənət xadimi, Azərbaycanın Dövlət mükafatı laureatıdır.
Filmoqrafiya:

Quruluşçu-operator kimi

1."Kimi daha çox sevirik" (1964)
2."Yenilməz batalyon" (1965)
3."Yaşamaq gözəldir, qardaşım"-(1966)
4."Yer,Dəniz, Od, Səma" (1967)
5."Sevil" (1969)
6."Yeddi oğul istərəm" (1970)
7."Axırıncı aşırım" (1971)
8."Gün keçdi" (1972)
9."Nəsimi" (1973)
10."Dörd bazar günü" (1974)
11."Dədə-Qorqud" (1975)
12."Xoşbəxlik qayğıları" (1976)
13."Şir evdən getdi" (1977)
14."Babək" (1978)
15."Anın quruluşu" (1980)

Quruluşçu-rejissor kimi

1."Şir evdən getdi" (1977)
2."Anın quruluşu" (1980)
3."İşgüzar səfər" (1982)
4."Asif,Vasif,Ağasif" (1983)
5."Sizi həyatımdan çox sevirdim" (1985)
6."Alman klinikasına şəxsi səfər" (1988)
7."Tələ" (1990)