Mikayil Mikayilov
Rejissor: 31.12.1903-cü ildə Bakıda anadan olmuş, 1986-cı ildə vəfat etmişdir. Azərbaycan kinosunun ilk rejissorlarındandır. Bir necə filmin ssenari müəllifidir. 1924-cü ildən fəaliyyətə başlamış çoxlu sayda sənədli - xronika filmləri çəkmişdir. İlk bədii filmini ("Lətif") 1930-cu ildə çəkmişdir. Sonralar "İsmət", "Bir ailə", "Mahnı belə yaranır" bədii filmlərinin quruluşçu rejissoru oimuşdur.
Filmoqrafiya:
1. "Lətif" (1930)
2. "İsmət" (1934)
3. "Bir ailə" 1943 (Q.Aleksandrov və R.Təhmasiblə birgə)
4. "Mahnı belə yaranır" 1957 (R.Təhmasiblə birgə)