Lətif Səfərov
Rejissor: (1920 - 09.12.1963).On yaşında "Lətif"(1930) filmində baş rolu oynayır. Sonralar Bakı kinostudiyasında işləməyə başlayır - bir neçə filmdə çəkilir, rejissor köməkçisi işləyir.1950-ci ildə Moskvada Ümumittifaq Kinomatoqrafiya İnstitutunun rejissorluq fakultəsini bitirir.1956-cı ildə "Sevimli mahnı"("Bəxtiyar") musiqili bədii filmini çəkir.1957-ci ildə "Qızmar günəş altında", 1962 - ci ildə "Məhəbbət haqqında dastan" filmlərini çəkir.Bundan başqa bir neçə sənədli filmin də rejissorudur.
Filmoqrafiya:
1. "Sevimli mahnı" ("Bəxtiyar") 1956
2. "Qızmar günəş altında" 1957
3. "Məhəbbət haqqında dastan" ("Leyli və Məcnun") 1962