| Həsən Seyidbəyli |
| Rejissor: (22.12.1920 Bakı - 25.06.1980 Bakı) Kinorejissor, yazıçı, kinodramaturq Azərbaycanın xailq artisti fəxri adına layiq görülmüşdür. 1938-1939-cu illərdə Leninqrad Kino Mühəndisləri İnstitutunda, 1943-1951-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinomatoqrafiya İnstitutunun kinorejissorluq fakultəsində təhsil almışdır."Azərbaycanfilm" kinostudiyasında kinorejissor, 1963-1980-cı illərdə Azərbaycan Kinomatoqrafçılar İttifaqının katibi və sədri vəzifəsində işləmişdir. "İmtahan", "Qızıl axtaranlar", "Bağlı qapılar" adlı dram əsərləri Azərbaycanda və xaricdə səhnəyə qoyulmuşdur.Bir neçə kitabın müəllifidir.Filmləri Ümumittifaq Kino festivallarında Priz və diplomlara layiq görülmüşdür. |
Filmoqrafiya:
1. Doğma xalqımıza (1954) - ssenari müəllifi
2.Qızmar günəş altında (1956) - ssenari müəllifi
3. Uzaq sahillərdə (1958) - ssenari müəllifi
4. Telefonçu qız (1962) - rejissor və ssenari müəllifi
5. Kimi daha çox sevirik (1964) - rejissor və ssenari müəllifi
6. Möcüzələr adası (1965) - rejissor və ssenari müəllifi
7. Sən niyə susursan (1966) - rajissor və ssenari müəllifi
8. Bizim Cəbiş müəllim (1969) - rejissor
9. O qızı tapın (1970) - rejissor və ssenari müəllifi
10. Nəsimi (1974) - rejissor
11. Xöşbəxtlik qayğıları (1976) - rejissor və ssenari müəllifi
|
|
|