Gülbəniz Əzimzadə
Rejissor: 26.04.1947-ci ildə Bakıda anadan olub. 1963-1968-ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət rəssamlıq məktəbində, 1969-1974-cü illərdə Moskvada ÜDKİ-nun rejissorluq fakultəsində təhsil almışdır.Diplom işi "Nəğmə dərsi" (Ssenari müəllifi - Rüstəm İbrahimbəyov). 1974 - 1998-ci illərdə "Azərbaycanfilm" kinostudiyasında quruluşçu-rejissor işləmişdir.Filmləri bir sıra kinofestivallarda mükafatlara layiq görülmüşdür."Molodost-80", Kiyev şəhəri - priz və diplom, 1981 Yerevan şəhəri, lX Televiziya filmləri festivalı Baş priz.
Filmoqrafiya:
1. "Nəğmə dərsi" (1974)
2. "Sabah bu gündən başlayır" (1974)-sənədli
3. "Dantenin yubileyi" (1978)
4 "Təkcə adanı özünlə apara bilməzsən" (1980)
5. "Qaladan tapılan mücrü" (1983)
6. "Ötən ilin son gecəsi" (1983)
7. "Avqust gələndə" (1984)
8. "İmtahan" (1987)
9. "Qətl günü" (1990)
10. "Müqəddəs oda yanaram" (1992)
11. "Ümid" (1995)