| Fikrət Əliyev |
| Rejissor: 12.12.1939-cu ildə Bakı şəhərində anadan olub. 1966-cı ildə M.A.Əliyev adına ADİİ aktyorluq fakultəsini, 1972-ci ildə Moskvada ÜDKİ-nun iki illik ali ssensri və rejissorluq kurslarını bitirib. 1972-ci ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir. 1973-cü ildə "Baladadaşın ilk məhəbbəti" - filmini diplom işini çəkir.Filmin süjeti Abşeron kəndlərinin birində vaqe olur. 1981-ci ildə İ.Musabəyovun "Neft və milyonlar səltənətində" əsəri üzrə "Qızıl uçurum" filmini çəkir. Film - əsrin əvvəllərində neft Bakısının içındə və ətrafında baş verən hadisələrdən, neftin insanlara bəxş etdiyi xoşbəxtlik və faciələrdən bəhs edir. 1994/2001-cü ildə "Vahid" kinostudiyasının nəzdində "Yuxu" bədii filmini çəkir.Bu film də Abşeron kəndlərindən birində baş verən hadisələrdən danışır. Təsadüfi bir yuxu iki gəncin məhəbbətinə hökm verir. |
Filmoqrafiya:
1. "Baladadaşın ilk məhəbbəti" - (1973)
2. "Qızıl uçurum" - (1981)
3. "Qoca palıdın nağılı" - (1984)
4. "Yuxu" - 1994/2001 |
|
|