Eldar Quliyev
Rejissor: 17.01.1941-ci ildə Bakıda anadan olub. 1960-1967-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakultəsində təhsil alıb. 1967-ci ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir. Bir neçə bədii və sənədli filmin müəllifidir.Həmçinin bir neçə filmin ssenari müəllifidir.Çəkdiyi filmlərin bir neçəsi kinofestivallarda priz və mükafatlara layiq görülmüşdür. Respublika Dövlət mükafatı laureatı, Azərbaycanın xalq artistidir. "Debüt" studiyasını bədii rəhbəri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kino kafedrasının dosentidir. Yaradıcılığı müxtəlif mövzularla,janrlarla zəngindir. "Bir cənub şəhərində" filminin Azərbaycan kino tarixində novatorluğu - düşüncə tərzində, bədii-estetik formasında qabarıq görünür. "Film janrına görə komediya - daha dəqiq desək mənəviyyatın tragikomediyasıdır. Burada ekzotikanı axtarmaq düzgün deyil, bu hər şeydən əvvəl dəqiq göstərilən reallıq, ətrafa aydın müşahidəçilik, düçüncə ilə yanaşmaq qabiliyyətidir. Dəqiq ideyası, mənəviyyatı mövqedir" (Yuri Xanyutin)
Filmoqrafiya:
1. "Biri var idi, biri yox idi" - (1967)
2. "Bir cənub şəhərində" - (1969)
3. "Abşeron ritmləri" - (1970) - film-konsert
4. "Vacib müsahibə" - (1971)
5. "Var olun, qəzlar" - (1972)
6." Səmt küləyi" - (1974)
7. "Ürək, ürək." - (1975)
8. "Sevinc buxtası" - (1977)
9. "Babək" - (1979)
10. "Nizami" - (1982)
11. "Gümüş göl əfsanəsi" - (1984)
12. "Şəhərətrafı gəzinti" - (1986)
13. "Təxribat" - (1989)
14. "Dostuma məktub" - (1992) - sənədli
15. "Elegiya" - (1997) - sənədli
16. "Nə gözəldir bu dünya" - (1999)