Ağarza Quliyev
Rejissor: (26.12.1898 Lənkəran-1976 Bakı). Azərbaycan Teatr məktəbini(1924), Kinofabrikanın nəzdində kinoemalatxanasını bitirmişdir(1927). Kinostudiyada fəaliyyətə kinoaktyor kimi başlamışdır. Sonralar kinorejissor kimi fəaliyyətə başlamışdır. "Bayquş" (1924), "Gilan qızı" (1928), "Qızıl kol" (1930), "İlk komsomol buruğu" (1930), "Əlsiz adamlar" (1931), "Mən ki, gözəl deyildim" (1968) və sairə filmlərdə çəkilmişdir.
Filmoqrafiya:
1. "Almaz"(1936),
2. "Yeni horizont" (1940) filmlərində Q.Braginski ilə birgə quruluşçu rejissor.
3. "Bəxtiyar"(1942)-sənədli film
4. "Vətən oğlu"-(1942)-sənədli film
5. "Qara daşlar"-(1956)-bədii film
6. "Ulduz"-(1964)bədii film
7. "Mən ki, gözəl deyildim"-1968(T.Tağızadə və R.Əsgərovla birgə)bədii film
Bundan əlavə bir neçə sənədli filmin rejissoru olmuşdur.