Aqşin Əlizadə
Bəstəkar: 1937-ci ildə Bakıda anadan olub. 1962-ci ildə Bakı konservatoriyasını - C. Hacıyevin sinfini bitirib. Azərbaycanın xalq artisti, Dövlət mükafatı laureatı, professor. "Həyatda olduğu kimi, yaradıcılıqda da baçlanğıc vacib şərtlərdəndir. "(Hote) Virtuoz etnoqrafizm, dərin fəlsəfi ümumiləşdirmə, emosional geniçlik, konstuktivlik, şərqsayağı əlvan dekor və ciddi forma mütənasibliyi - Aqşin Əlizadənin yaradıcılığının ümumi cəhətləridir. Onun musiqisinin məhz bu tərəfləri əsərlərinin yüksək bədii nümunə kimi meydana gəlməsini şərtləndirir. Aqşin Əlizadənin yaradıcılıq yolu qələbələrlə başlayır. Tələbə vaxtı yazdığı sonata gənc bəstəkarların 1-ci Ümumittifaq konkursunda 1-ci dərəcəli diploma(1962), sonra yazdığı 1-ci simfoniya "Zaqafqaziya baharı" festivalında 1-ci diploma layiq görülmüşdü. İkinci kamera simfoniyası bəstəkarın ilk əsərlərindəndir. Rəngarəng musiqi, yeni melodiya, dəqiq neoklassik allüziyalarla zəngin bu əsər , neçə illərdir ki, konsert proqrammlarında yaşayır. Üçüncü simfoniya altı il sonra yazıldı. Sözsüz ki, bu arada xor, orkestr, teatr üçün musiqilər yazılır. . . Hər iki partituranı müqayisə dəndə görürük ki, bunları brləşdirən ümumi cəhət folklordur. Qədim muğamlar, xalq musiqisi-folklorun bütün zənginliyi bəstəkar üçün -bədii ideyalar, obrazlar yaratmaqdan ötrü mənbə rolunu oynayır. Dördüncü simfoniya elə ocür də adlanır- "Muğamsayağı". Aqşin Əlizadə-marağı, zövqü geniş olan sənətkarlardandır. O , hər şeyə - hətta paradoksal yozumlara , eksperimentlərə hazırdır. Məsələn, 16 simli alətlər üçün yazılan "Ekspressiya"- aleatorik və sonor texnikası üçün maraqlı təcrübədir. "Bayatılar" əsəri -Azərbaycan musiqisində özünəməxsus eksperiment olaraq, daha çox monodik xarakter daşıyır.
Viktoriya Vayner - jurnalist "Elə bəstəkarlar var ki, artıq ilk əsərləri ilə ictimaiyyətin diqqətini cəlb edə bilirlər. Yüksək sənətkarlıq, ifadənin səmimiliyi onlar haqqında ustad - sənətkar deməyə imkan verir. Belə ciddi - bəstəkarlardan biri də Aqşin Əlizadədir" Qara Qarayev - bəstəkar Əsas əsəsrləri Balet "Babək", Balet "Natəvan", 5 simfoniya, xor üçün "Bayatı", "Pastoral", "Aşıqsayağı", "Cəngi"-kamera orkestri üçün, "Kənd suitası", "Dastan", "Qədim oyunlar", "Portret", xoreoqrafiq simfoniya və s. 40-dan çox filmə, bir neçə cizgi filminə və teatr tamaşasına musiqi yazıb.
Filmografiya: 
1. "Flaminqo - çəhrayı quşdur"
2. "Rəqiblər"
3. "Tütək səsi"
4. "Təkcə adadnı özünlə apara bilməzsən"
3. "Sizi həyatımdan çox sevirdim"
4. "Keçən ilin son gecəsi"
5. "Avqust gələndə"
6. "Üzü küləyə"
7. "Sizi dünyalar qədər sevirdim"
8. "Kölgədə 40 dərəcə isti"
9. "Pirverdinin xoruzuz"
10. "Ləqəbi İka"