Mayis Ağabəyov
Rəssam: 01.05.1941-ci ildə Bakıda anadan olub. 1961-ci ildə Azərbaycan Dövlət rəssamlıq məktəbini bitirmişdir. 1969-cu ildə Moskvada Ümumittifaq Dövlət Kinomatoqrafiya İnstitutunun rəssamlıq fakultəsini bitirərək, "Azərbaycanfilm" kinostudiyasında guruluşçu rəssam kimi fəaliyyətə başlamışdır. Əsərləri respublika və xarici ölkələrin sərgi salonlarında nümayiş etdirilmişdir. Azərbaycanın xalq rəssamıdır.
Filmoqrafiya:
1. Həyat bizi sınayır
2. Nəsimi
3. Ürək,Ürək.
4. Xoşbəxtlik qayğıları
5. Çətirimiz buludlardır
6. Babək
7. Təkcə adanı özünlə apara bilməzsən
8. Nizami
9. Keçən ilin son gecəsi
10. Gümüşgöl əfsanəsi
11. Şəhərətrafı gəzinti
12. Özgə vaxt
13. Nə gözəldir bu dünya