Kamil Nəcəfzadə
Rəssam: 29.12.1929-cu ildə Azərbaycan Respublikasının Lənkəran şəhərində doğulub. 1948-ci ildə Ə.Əzimzadə adına Rəssamlıq məktəbini bitirdikdən sonra təhsilini Moskvada-Ümumittifaq Dövlət Kinomatoqrafiya İnstitutunda davam etdirir. 1955-ci ildən təhsilini bitirərək Bakıya qayıdır və "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rəssam kimi fəaliyyətə başlayır. K.Nəcəfzadə kinofilmlərə verdiyi tətibatlarla yanaşı, rəngkarlıq, qrafika və eləcə də teatr sənətində də öz sözünü demişdir. 1964-cü ildə Azərbaycan Milli Dram Teatrının səhnəsində H.Cavidin "Knyaz", 1974-cü ildə S.Vurğun adına Rus Dram Teatrının səhnəsində S.Vurğunun "Fərhad və Şirin" tamaşalarını göstərmək olar. O, respublikamızda və xaricdə keçirilən bir çox rəssamlıq sərgilərinin iştirakçısı, fərdi sərgilərin müəllifidir. Azərbaycanın xalq rəssamı, iki dəfə Dövlət Mükafatı laureatıdır.
Filmoqrafiya:
1 .Qara daşlar
2. Bir məhəlləli iki oğlan
3. Uzaq sahillərdə
4. Əsl dost
5. Mateo Falkone
6. Bizim küçə
7. Mən rəqs edəcəyəm
8. Ulduz
26. Qaçaq Nəbi
10. Sən niyə susursan
11. Mən ki,gözəl deyidim
12. Bir cənub şəhərində
13. Abşeronun ritmləri
14. Əsas müsahibə
15. Cırtdanın sərgüzəştləri(animasiya)
16. Xoşbəxt olun qızlar
17. Səmt küləyi
18. Dörd bazar günü
19. Firəngiz
20. Ad günü
21. Bayquş gələndə
22. Vadidə alov
23. Bizi bağışlayın
24. Qızıl uçurum
25. Birisigün gecəyarısı