Elbəy Rzaquliyev
Rəssam: 17.06.1926-cı ildə Bakıda anadan olmuşdur. Azərbaycan Dövlət Rəssamlıq məktəbini bitirdikdən sonra, 1946-cı ildə Ümumittifaq Dövlət Kinomatoqrafiya İnstitunun rəssamlıq fakultəsinə daxil olur.Təhsilini başa vurub, 1953-cü ildən "Azərbaycanfilm" kinostudiyasında işləməyə başlayır. O, rəssamlığın müxtəlif janrlarında maraqlı əsərlər yaratmışdır.Azərbaycan kinosunda bir çox filmlərin quruluşçu rəssamı olmuşdur. Bir neçə dəfə xarici ölkələrdə yaradıcılıq səfərlərində olmuşdur. Ölkəmizdə və xaricdə çoxlu sayda sərgiləri keçirilmişdir. Azərbaycanın xalq rəssamı, Dövlət Mükafatı laureatıdır.
Filmoqrafiya:
1. Doğma xalqımıza
2. Bəxtiyar
3. Görüş
4. Bir məhəlləli iki oğlan
5. Onun böyük ürəyi
6. Ögey ana
7. Telefonçu qız
8. Belə bir ada var
9. Arşın mal alan
10. İstintaq davam edir
11. Torpaq,dəniz,alov,səma
12. Uşaqlığın son gecəsi
13. Sevil
14. Gün keçdi
15. Skripkanın qayıtması
16. Bakıda küləklər əsir
17. Tütək səsi
18. Vulkana doğru gedirəm
19. Arxadan vurulan zərbə
20. Yarımçıq qalmış serenada
21. Burada səni cənnət gözləmir
22. Yeddi gözəl
23. Nəğmə müəllimi
24. Əlahiddə vəziyyət