Əfqanli (Ağamalova) Bədurə
Rəssam: 25.10.1912-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycanın xalq rəssamı, Əməkdar İncəsənət xadimidir. 1929-cu ildə Bakı Pedoqoji Texnikumunu, 1931-cu ildə Bakı Rəssamlıq Məktəbini bitirmişdir. 1934-35-ci illərdə Aşqabad Dövlət Azərbaycan Musiqili Dram Teatrında quruluşçu-rəssam, 1938-60-cı illərdə Azərbaycan Dövlət Dram Teatrında tərtibatçı və geyim uzrə rəssam, 1960-cı ildən "Azərbaycnfilm" kinostudiyasında geyim üzrə rəssam işləmişdir.
Filmoqrafiya:
1. Koroğlu
2. Leyli və Məcnun
3. Boyük dayaq
4. Dəli Kur
5. Sevil
6. O qızı tapın
7. Dədə Qorqud
Teatr tamaşaları
1. Leyli və Məcnun
2. Aşıq Qərib
3. Şeyx Sənan
4. Sevil
5. Eşq və intiqam
6. İntizar
7. Dağılan tifaq
8. Vassa Jeleznova
9. Hind gözəli