Həmidə Ömərova
Aktrisa: 25.04.1957-ci ildə Bakıda anadan olub. 1979-cu ildə Moskvada ÜDKİ-nun aktyorluq fakultəsini bitirib. Həmin ildən "Azərbaycanfilm" kinostudiyasında işləməyə başlamışdır. Bu illər ərzində 30-a qədər filmdə baş və əsas rollarda çəkilmişdir. "Retro" televiziya proqramında dünya kino tarixindən silsilə verilişlər hazılayır. "Kinoşünaslıq və ekran dramaturgiyası" kafedrasının müdiridir.Respublikanın əməkdar artistidir.
Filmoqrafiya:
1. "Qızıl uçurum" - Şəfiqə (1980)
2. "Anlamaq istəyirəm" - Çinarə (1980)
3. "Yol əhvalatı" - Zümrüd (1981)
4. "Vah!" - Gəlin (1981)
5. "Üzeyir Hacıbəyov" - Məleykə xanım (1982)
6. "Qorxma mən səninləyəm" - Telli (1982)
7. "Nəğmə müəllimi" - Şəfiqə (1982)
8. "Nizami" - Afaq-Pəri (1982)
9. "Gümüşü furqon" - Mədinə (1984)
10. "Əzablı yollar" - Nurizad (1985)
11. "Bayramda yağış" - Pərvin (1985)
12. "Mən onun xoşuna gəlirəm" - Məhəbbət (1985)
13. "Şəhərkənarı gəzinti" - Tamara (1986)
14. "Cərrahiyyə əməliyyatı" - Dilşad (1988)
15. "İki sahil" - Zinyət (1982)
16. "Qorxulu oyunlar" - Mərhəmət (1992)
17. "Şirbalanın məhəbbəti" - Nazlı (1991)
18. "Müqəddəs oda yanaram" - Məleykə (1990)
19. "Babamızın babasının babası" - Zeynəb (1982)
20. "Qəzəlxan" - Ə.Vahidin arvadı
21. "Dədə Qorqud" - Xan qizi (2000, Telefilm)
22. "Zendane Div" - Nuriyə (İran, 1993)
23. "Otel otağı" - Ana (1998)
24. "Dronqo" - Elmira. Moskva, "NTV+" (2001)