STRUKTURA

Artıq sübut olundu ki, Azərbaycan kinosunun yaşı 100-dən yuxarılır. İlk struktur nümunəsi kimi XlX əsrin sonlarında fotoqraf və kinooperator A.M.Mişon Bakıda elmi foto dərnəyin katibi və nəşriyat sahibi olduğu fotoatelyeni nəzərə almalıyıq. Daha sonralar mütəxəssislər əsasən Rusiyadan Azərbaycana gələrək ayrı-ayrı sahibkarların sərmayəsi hesabına filmlər çəkirdilər. Çox tez bir zamanda azərbaycanlılar da kinematoqrafla məşğul olmağa başladılar. 1920-ci ildə NşNərimanov kinematoqrafiya idarələrinin milliləşdirilməsi haqqındq dekret imzalayır.Xalq komissarlığını tərkibində foto-kino şöbəsi yaradılır.1923-cü ildə "Azərbaycan Foto-kino idarəsi" yaradılır.1926-30-cu illərdə "Azdövlətkino",1930-1933-cü illərdə "Azkino",1933-cü ildə "Azfilm",1934-cü ildə "Azdövlətkinosənaye",1935-1940-cı illərdə "Azərfilm",1941-59-cu illərdə "Bakı kinostudiyası" ,1960-cı ildən C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası fəaliyyət göstərir. Ünvanı:Azərbaycan respublikası Bakı şəhəri - 370012. Tbilisi prospekti 1. tel +99412 312960/61 1958-ci ildə Azərbaycan kinematoqrafçilar ittifaqı yaradılıb. Ünvanı:(Hökumət evinin binası)-Ü.Hacıbəyov küçəsi ,16. tel; +99412 932727/934156 ;faks +99412 939620 1993-cü ildə Azərbaycan Dövlət Film Fondu yaradılır.Beynəlxalq Kino Arxivləri Federasiyasının üzvüdür. Ünvanı: Azərbaycan respublikası Bakı şəhəri - 370122. H.Zərdabi küçəsi 69. tel; +99412 328975 1999-cu ildə Azərbaaycan Professional Kinorejissorlar Gildiyası yaradılıb. AİDAA və FERA- nın üzvüdür. Ünvanı:Azərbaycan respublikası Bakı şəhəri - 370012, Tbilisi prospekti 1. tel +99412 317731