Bu gün Azərbaycanda "Salnamə","Yaddaş" studiyaları əsasən sənədli filmlərin istehsalı iə məşğul olurlar.Digər studiyalarda da vaxtaşırı sənədli filmlərin çəkilməsinə müraciət olunur.Azərbaycan respublikası Müdafiə Nazirliyi sənədli filmlər kino-telestudiyası, "Telefilm" yaradıcılıq birliyində müxtəlif mövzularda sənədli filmlər cəkilir.

AZƏRBAYCANİN SƏNƏDLİ KİNOSU

Artıq məlumdur ki, Azərbaycan kinosu öz tarixini xronikal-sənədli filmlərlə başlayıb.Kinomatoqrafiyanın ən çevik və operativ janrı olan sənədli kino ictimai-siyasi və mədəni həyatda baş verən rəngarəng proseslərə dərhal reaksiya vermək, onlari lentin yaddaşına köçürüb olduğu kimi gələcək nəsillərə ötürmək imkanına malikdir.Bu mənada Azərbaycan kino ustaları 100 ildən artıq müddət ərzində saysız-hesabsız sənədli filmlər çəkmişlər ki, mədəni-tarixi irs ücün böyük əhəmiyyət kəsb edir.Dünyada neft və kino sənayesində ilk olanlardan biri kimi Azərbaycanin sənədli kinosu da dövrün tələbatına uyğun, baş verən hadisələrə çevik cavab verirdi.Götürək l l Dünya müharibəsinin 1941-1945-ci illərini.Həmin dövrdə "Bakı kinostudiyası"nda 20-yə yaxın sənədli film çəkilmiş və bu mövzular - yaradıcı adamların vətənpərvərlik tərbiyəsi istiqamətində fəaliyyəti ("Mahnılar və şerlər", 1941,Q.Braginski) , 416-cı diviziyanın döyüş hazrlığı, ("416-cı", 1941, C.Məmmədov),ümumi düşmənə-faşistlərə qarşı mübarizədə xalqların əlbir fəaliyyətini vacibliyi ("Zaqafqaziyz xalqlarının dostluğu",1941,V.Yeremeyev,L.Koretski), Azərbaycan övladlarını ön cəbhədə göstərdikləri gəhrəmanlıqlar ("Vətən uğrunda",1943,M.Mustafayev), işğaldan azad edilmiş kəndlərin, şəhərlərin əhalisinə azərbaycanlıların köməyi ("Qardaşlıq köməyi",1944) bu və ya digər səviyyədə sənədli ekran araşdırmalarının predmetinə çevrilmişdir. Lakin bizcə, sənədli kinonun təmsilçiləri o dövrdə ən diqqətəlayiq yaradıcılıq uğurlarını Azərbaycan zəhmətkeşlərinin, xüsusilə də Bakı neftçılərinin arxa cəbhədə göstərdikləri əmək qəhrəmanlıqlarından bəhs edən ekran nümunələrində qazanmışlar. Bu baxımdan "Bakı döyüşür" (1943, M.Dadaşov), "Cəbhə arxasında" (1943), "Bakı neftçiləri" (1944, S.Bədəlov) filmlərini ayrıca qeyd etmək lazımdır. M.Dadaşovun çəkdiyi "Bakı döyüşür" sənədli filmi müharibə dövrünün Bakısı haqqında ən dolğun təsəvvür yaradan filmdir.Müəllif o vaxt bütün ölkə neftinin 70%-ni verən Bakı neftçilərinin, habelə gecəli-gündüzlü əmək növbəsində dayanaraq ordu üçün paltar, sursat istehsal edən fəhlələrin, işğal olunmuş kəndlərin əhalisinin də əvəzinə üçqat, beşqat işləyib taxıl, pambıq, digər zəruri kənd təsəttüfatı məhsulları yetişdirən kənd zəhmətkeşlərinin misilsiz əmək şücaətlərini, səbrini, iradəsini, qələbəyə inamını son dərəcə təsirli real epizodlarla ekranda əbədiləşdirə bilmişdir.Ümumiyyətlə, sonralar Azərbaycan bədii kinosunda təsdiqini tapan tendensiya - müharibəni arxa cəbhə adamlarının fəaliyyəti, prizmasından göstərmək meyli sənədli kino ustalarının yaradıcılığında özünü qabarıq büruzə verirdi və bu da təbii idi. 1950-ci illərin axırında lentə alınmış "Xəzərin neftçiləri haqqında povest" və "Dənizi fəth edənlər" filmmlərini də xüsusi olaraq qeyd etmək lazımdır.Hər iki film Xəzər neftçilərinin əməyindən danışır. Onu da qeyd etməliyik ki, sənədli kino da başqa sənət növləri kimi sovet ideologiyasının ciddi nəzarəti altında idi. 20-30-cu illərdə cəkilən "Xl Qizil ordu hisələrinin Bakıda paradı","Şərq xalqlarının l qurultayının açılışı", "Azərbaycan boyunca","26 Bakı komissarlarının dəfni" ,"Oktyabrın on il" ,"İyirminci bahar", 60-70-ci illərdə "Leninin canlı ürəyi","Lenin bizimlədir" sənədli filmləri kommunizm quruculuğunun yeganə düzgün yol olmasını təbliğ etmək məqsədi güdürdü.Lakin bütün bu cəhətlərə baxmayaraq çəkilən filmlərin hamısı tarixi cəhətdən çox vacib sənədlər sayılır. 1990-cı il yanvarın 20-də Sovet qoşunlarinin Bakıya vəhşicəsinə daxil olması, Baki əhalisinə divan tutması öz əksini "Qanlı yanvar", "Azadlığa gedən yollar" kimi sənədli filmlərdə öz əksini tapıb.Artıq bu illərdə Azərbaycan kinematoqrafçıları müstəqillik ruhunda köklənən bir neçə film çəkmişlər. 1988-ci ildən Ermənistanın öz havadarlarına güvənib, Azərbaycana qarşı yeritdiyi qəsbkarlıq siyasətinin acı nəticələrini əks etdirən bir neçə sənədli film çəkilmişdir. Bu gün Azərbaycanda "Salnamə","Yaddaş" studiyaları əsasən sənədli filmlərin istehsalı iə məşğul olurlar.Digər studiyalarda da vaxtaşırı sənədli filmlərin çəkilməsinə müraciət olunur.Azərbaycan respublikası Müdafiə Nazirliyi sənədli filmlər kino-telestudiyası, "Telefilm" yaradıcılıq birliyində müxtəlif mövzularda sənədli filmlər cəkilir. Azərbaycan kinosunda çalışanların böyük əksəriyyəti sənədli kino çalışmışlar.Elə sənətkarlar da var ki, onlar həyatlarını ancaq sənədli kino ilə bağlamışlar...Onlardan aşağıdakıları göstərmək olar - V.Konyagin (1919) -kinooperator "Respublikam haqqında həqiqətlər", "Əbədi qardaşlıq","Hanı mənim uşaqlarım?", V.Zbudski(1903-1983) -kinooperator "Bizim mayaklar","By Qumuqda olub", Ə.Ələkbərov(1913-1982) -kinooperator "Nərimanovun xatirəsinə","Özüm və zaman haqqında","Nağılvari güc","Qarabağın yolları ilə", Ə.Hüseynov(1922-1987) -kinooperator-rejissor "Nəsimi","Çobanlar","Appasionata", M.Mustafayev (1908-1979) -kinooperator-rejissor "Dağlarda işıq","Göllərin kraliçası", Z.Kazımova(1912-1984) "İşıqlı yol","Gəmilər tarlaya çıxır", Y.Əfəndiyev-rejissor(1937) " Dünyada Səməd Vurğun var","Qayıtmağına ınanırdı","Ceyran","Yay günü","Alovla təmasda","Buradan başlayır", V.Azəryar-rejissor "Mirzə Xəzər","Qaçqınlar",N.Bədəlov(1909-1997)-rejissor, N.Bəkirzadə(1934)-rejissor, T.Bəkirzadə(1941-1996)-rejissor"Dissonans", K.Məmmədov(1946)-operator, F.Məmmədov(1942)-operator, T.Məmmədov(1941)-rejissor "9 dəqiqə",T.Mütəllimov(1941-2000) "S.Rüstəm", "Şəbi Hicran", R.Nağıyev-rejissor(1940) "Ölü zona", B.Pumpyanski (1906-1944)-reissor-operator "Neftin simfoniyası", A.Salayev(1949)- operator, R.Şahmalıyev(1937)-rejissor "Xəzər üzərindən körpü","Balıqçılar". Azərbaycan respublikası Müdafiə Nazirliyi sənədli filmlər kino-telestudiyasında çəkilən "Əgər unutsaq.." sənədli filmi qaçqın düşərgələrində yaşayan milyona yaxın qaşqının acınacaqlı həyatından söhbət açır.Müəllif bütün bu faciələrin səbəbini milli unutqanlıqda görur və sonda xəbərdarlıq edir ki, əgər budəhşətləri unutsaq başımıza bundan da dəhşətli faciələr gələcək.(Filmin ssenari müəllifi və rejissoru İlqar ağasəf oğlu, operatoru N.Mehdiyevdir)