|
"Müharibə nədir?","O, nədən yaranır?","Müharibələrin qarşısını almaq olarmı?" tipli suallar heç şübhəsiz kinematoqrafiyanın məşğul olduğu problemlər deyil;lakin insan əməlinin nəticəsi, insan xislətinin göstəricisi olan müharibə həmin insanın taleyindən - keçmişindən, bu günündən, gələcəyindən keşir və bu mənada müharibə mövzusunun ekrana gətirilməsi insanın daxili dünyasını həm də özünəməxsus zaman və məkan ölçülərində yenidən araşdırmaq deməkdir... Azərbaycan kinematoqrafçıları döyüş, savaş məkanından film çəkmək sahəsində diqqətəlayiq təcrübə qazana bilməmişlər.Bunu
milli kinematoqrafiyamızın nöqsanları sırasına yazmaq ən azı ona görə mümkündür ki, İkinci dünya müharibəsinin reallıqlarını
bu müharibənin savaş meydanlarında qəhrəmanlıqlar göstərən həmyerlilərimizdən heç olmasa birinin mövqeyindən, duyğu,
düşüncə prizmasından göstərmək kinomuza başıucalığı gətirərdi.Əlbəttə, bu vəziyyəti doğuran obyektiv səbəbləri də yaddan
çıxarmaq olmaz.Məsələ burasındadır ki, müharibə haqqında tutarlı ekran əsəri yaratmaq külli miqdarda vəsait tələb edirdi və
keçmiş SSRİ məkanında milli kinostudiyaların, o cümlədən "Azərbaycanfilm"in bu vəsaiti əldə etməsi son dərəcə müşkül məsələ
idi.Prolemi doğuran amillər sırasında məsələnin mənəvi tərəfi ilə bağlı olan qısqanclıq faktoru da xüsüsilə seçilir.Heç kimə sirr
deyil ki, keçmiş SSRİ-də müharibə mövzusu guya bu müharibənin taleyində həlledici rol oynayan və "istinnıy patriotluğu" öz
boyunlarına əbədi olaraq biçdirən ruslar tərəindən inhisara alınmışdı.Böyük ailənin digər nümayəndələri belə filmlərdə
gəhrəmanlıq etməyi, düşmənə qalib gəlməyi bacaran və bu xüsusda başqalarına dərs verən böyük qardaşın böyür- başına
hərlənib ələkçinin qıl verəni, ən yaxşı halda isə əsl qəhrəmanlara yardımçı ola bilərdi.Belə olan halda Azərbaycan
kihematoqrafçılarının özlərində qətiyyət taparaq İkinci dünya mühaibəsinin qəhrəmanları - əfsanəvi partizan M.Hüseynzadə
və general H.Aslanov haqqında film çəkməlıərinə, təskinlik xarakteri daşısa da sevinməyə bilmirsən.
Azərbaycan kinematoqrafiyasında ən savaşlı, davalı film heç şübhəsiz rejissor T.Tağızadənin çəkdiyi "Uzaq sahillədə" filmidir.
Film Sovet İttifaqı Qəhrəmanı M.Hüseynzadənin Adriatik dənizi sahillərində göstərdiyi qəhrəmanlıqlardan bəhs edir.Faşist
düşərgələrinə düşdüyünə görə bir vaxtlar M.Hüseynzadənin xidmətlərini heçə endirib onu xalq düşməni elan etməyə
göstərilən cəhdlər fonunda bu filmin meydana gəlməyi təqdirəlayiq və lazımlı idi.Üstəlik müharibənin başa çatmasılndan
13 il sonra meydana gələn "Uzaq sahillədə" o dövrdə müharibə mövzusunda çəkilmiş digər filmlərlə müqayisədə heç də
uğursuz təsir bağışlamırdı.Səliqəli montaj quruluşu, baş rolun ifaçısı N.Şaşıqoğlunun məharətli ifası, nəhayət, bəstəkar
Qara Qarayevin film üçün bəstələdiyi musiqi parçalarının ekran təhkiyəsində oynadığı önəmli funksiyanı da qeyd etməmək
olmaz.Ancaq bütün bu məziyyətlərinə baxmayaraq bu filmi ümumi kinematoqrafiq mədəniyyətin inkişaf göstəricisi,
Azərbaycan kinosunun böyük nailiyyəti kimi də hesab etmık olmaz.
"Uzaq sahillərdə" filmindən 27 il sonra - 1985-ci ildə rejissor R.İsmayılov İkinci dünya müharibəsinin başqa bir qəhrəmanı
tank qoşunları generalı H.Aslanov haqqında "Mən sizi dünyalar qədər sevirdim" filmini çəkdi.Bu film müharibənin
qurtarmasına üç ay qalmış müəmmalı şəkildə həlak olan H.Aslanov şəxsiyyətinin ölçüsü, onun döyüş meydanlarında
göstərdiyi sərkərdəlik məharəti barədə tam, dolğun təsəvvür yaratmır.Ən başlıcası isə filmdə müharibə adlı müdhiş bir
reallığa, gercəkliyə sərkərdə təfəkkürünün prizmasından əhatəli baxış hiss olunmur.
Müharibənin nə demək olduğunu, insana necə divan tutduğunu topların qorxunc gurultusundan, insanların fiziki iztirablarından
heş də zəif ifadə etməyən başqa vasitələr də varmış.Məsələn, gilas agacı, çörək, tütək səsi, saz...
Milli mədəniyyətimizdə bu obrazların bədii dəyərinin müəyyənləşməsi Ə.Əylisli, M.İbrahimbəyov, İ.Hüseynov kimi yazıçılarımızın
adları ilə bağlıdır.
Ə.Əylislinin "Gilas ağacı" hekayəsinin ekran taleyinə nəzər salaq. Gilas ağacı- yazıçının bu əsərində simvolik məna daşıyan
tutumlu bir obrazdır.Öz bağındakı ağacın barını kəndin ac uşaqlarından qorumaq ehtirası Qulam kişini əzazil, qəddar bir
adama çevirir.Qocanın bu sayaq başqalaşması, içində gəzdirdiyi müqəddəs dəyərlərin qəsdinə dayanması əsərdə müharibənin
insan ürəyindəki ən ülvi dəyərlərə qarşı çevrilmiş dağıdıcı təsirindən irəli gəlir.Qulam kişinin gilas ağacını kəsdiyi və
özünü kötüyün üstünə yıxıb göz yaşı axıtdığı epizod Azərbaycan kinosunun ən təsirli, ən lirik epizodlarından biridir.
Azərbaycan kinosunda müharibə mövzusunun yeni bir mərhələsi başlayır - "Bizim Cəbiş müəllim","Şərikli çörək",
"Tütək səsi" filmləri ilə səciyyələnən maraqlı bir mərhələ.
Rejissor H.Seyidbəylinin yazıçı M.İbrahimbəyovun ssenarisi üzrə 1970-ci ildə çəkdiyi "Bizim Cəbiş müəllim" filmi ümumən
Azərbaycan kinematoqrafiyasının uğurlarından sayılmalıdır.Bu filmdə müharibə birbaşa səngərdən deyil, arxa cəbhəni təmsil
edən müxtəlif yaşlı, dünyagörüşlü adamların xarakteri prizmasından göstərilir. Cəbiş müəllimin gözləri xəstədir,ön cəbhəyə
gedib döyüşməyə imkanı yoxdur.Lakin bu sadə insan bir amalla yaşayır - öz imkanı daxilində cəbhəyə kömək etmək.Buna
görə o, hətta bəzən öz ailəsinin cari qaydalarını, kiçik uşaqlarını çörəklə təmin etmək lüzumunu belə unudur.
Arvadı Cəbiş müəllimə nisbətən daha praqmatikdir.
Cəbiş mqəllimin sabun bişirmək bacarığını eşidən fırıldqçı Əbülfəz Cəbişin arvadını ona minnətçi salır.Cəbiş müəllim
çarəsizlikdən sabun bişirib onu fırıldaqçıların, alverçilərin əli ilə satdırmağa razılıq verir.Adama elə gəlir ki.hər şey
saxta sənədlərlə müharibədən yayınan Əbülfəz kimi parazitləri, Cəbişin arvadı kimi zəif xaraktertli adamların xeyrinə
nəticələnəcək.Lakin xoşbəxtlikdən belə olmur.Cəbiş müəllim bir çamadan sabunu alverçilərə yox, cəbhəyə yola düşən
cavan əsgərlərə verir.
Rejissor Ş.Mahmudbəyovun 1971-ci ildə A.Axundovanın ssenarisi üzrə çəkdiyi "Şərikli çörək" filmi, çörəklə sınağa
çəkilən uşaqlardan bəhs edən maraqlı ekran əsəridir.
Atası müharibədə, anası ezamiyyətdə olan balaca Vaqif diqqətsizlik üzündən çörək kartoçkalarını itirir.Bəs, ehtiyac
girdabında boğulan 12-13 yaşlı Vaqifin aqibəti necə olacaq?
Anası qayıdana qədər öz həmyaşıdlarının çörək payına şərik olmaq Vaqifin təbiətinə ziddir.O, başqasının payına
şərik çıxmaqdansa su satıb, yun darayıb öz şəriksiz çörəyini qazanmağı daha üstün tutur.
Filmin bir epizodunu yadımıza salaq. 6 - 7 yaşlarında bir qızcığaz oynamaq istəyir, ancaq gəlinciyi yoxdur.Başının
yaylığını açıb əvvəlcə həyətdəki su kranına bağlayır.Kranın lüləyi - gəlinciyin "burnu" çox uzun alındığndan bu variant
onu açmır.Qızcığaz bu dəfə dizini büküb yaylığı dizinə bağlayır, kömürlə dizində xətlər çəkir, nöqtələr qoyur və sonra
ayağını yelləyə-yelləyə dizindən düzəltdiyi gəlinciyə layla çalır.Bu epizod Aərbaycan kinosunun ən uğurlu, ən təsirli
epizodlarından biridir.
İ.Hüseynovun ssenarisi üzrə rejissor R.Ocaqovun 1975-ci ildə çəkdiyi "Tütək səsi" filmində müharibəyə başqa rakursdan -
məhəbbət,könül,qəlb məsələləri prizmasından bxılır.Hadisələr kənddə cərəyan edir.Kəndin bütün başıpapaqlıları
cəbhədədir.Belə bir vaxtda kolxozun sədri Cəbrayıl ,cəbhədə həlak olmuş dostunun arvadına - ürəyində uzun illər boyu
sevdiyi, lakin dostuna qismət olmuş bu yaraşıqlı gəlinə - 2 yeniyetmə oğul anası Sayalıya eşq elan edir,toysuz, xeyir-duasız
onunla evlənir.Bu vaqiə filmin bədii məkanında fövqəladə rəng alır, Cəbrayıla da. onun zövcəsinə də nifrət qazandırır.
Kimdir günahkar? Hec şübhəsiz ki, müharibə. Bu filmdə biz nə top gurultusu eşidirik, nə də güllə səsi. amma müharibənin
antihümanist xarakteri ayrı - ayrı adamların taleyi fonunda bütün çılpaqlığı ilə açılır.
Məlum məsələdir ki, Azərbaycan 1988-ci ildən öz havadarlarına arxalanan Ermənistan respublikası tərəfindən təcavüzə
məruz qalmışdır.Son vaxtlar bu mövzuda bir neçə film çəkilmişdir.Bu filmlər arasında ən cox secilən mərhum rejissor
C.Mirzəyevin çəkdiyi "Fəryad" filmi öz ideya-məzmun həllinə görə seçilir.
Filmdə reallıq ermənilərə əsir düşmüş İsmayıl adlı bir azərbaycanlı döyüşçünün hissləri prizmasından göstərilir.
Erməni cəlladları İsmayıla olmazın işgəncələr verirlər, onu rezin dəyənəklə döyür, təpiklə harasına gəldi vururlar.
Budur, başı ülgüclə qırxılmış erməni zabiti əlində oyuncaq tüfəng tutmuş 4-5 yaşlı uşağı qucağına alıb yaralı azərbaycanlı
döyüşçünü göstərərək deyir:"Bax, bunu görürsənmi,o sənin düşmənindir.Onu məhv etmək lazımdır ki, gələcəkdə səni
öldürməsin".Və azərbaycanlı döyüşçünün gözündə bir gilə yaş parlayacaq, sonra alov içində tək, köməksiz qalan erməni uşağını xilas edəcək. Yazıçı Anar belə demişdir:"Əsgər nifrət etməsə döuüşə bilməz.Ancaq əsgər mütləq düşmənə, onun əsgərinə nifrət etməlidir, bütöv xalqa yox.Düşmənin əsgərinin təmsil elədiyi xalqın qocalarını,uşaqjarını,qadınlarını qırmaq bizim xalqa, onun mənəviyyatına yaraşan iş deyil. Biz bu yolla getsək ermənilərinin gününə düşə bilərik.Bu isə millət üçün faciədir" |