|
Bir neçə il bundan əvvəl Azərbaycan kinosunun tarixi 1916-cı ildə çəkilmiş "Neft və milyonlar səltənətində" (rejissor B.Svetlov) filmi hesablanırdı.Lakin Aydın Kazımov Moskvadakı Lenin adına kitabxanadan tapib əldə etdiyi sənədlə Azərbaycan kinosunun tarixini dəqiqləşdirib 20 il irəli çəkdi.Bu barədə 1898-ci il avqustun 1-də çıxmış "Kaspi" qəzeti məlumat verirdi.
AZƏRBAYCAN KİNOSU - AĞ VƏ QARA TƏSVİRLƏR
Ötən 102 il ərzində Azərbaycan kinosunun başı çox bəlalar çəkib, amma yaxşı günləridə olub.Ümumiyyətlə kinomuzun tarixi
müxtəlif dövrlərdə dövrün özünə uyğunlaşdırılmış, dəyişdirilmişdir.Bakıda 25 ildən artıq yaşayıb yaratmış A.M.Mişon həm
təcrübəli fotoqraf, həm də kinooperator olmuşdur.Bakı elmi foto dərnəyinin katibi və nəşriyyat sahibi olmuşdur.1879 - 1905-ci
ilə kimi Bakının mənzərələrinin,neftin çıxarılması və emalının,neft mədənlərində baş verən yanğınların fotoşəkillərini çəkmişdir.
1898-ci il avqustun 1-də Bakıda çıxan "Kaspi" qəzetində belə bir elan dərc olunmuşdur."1898-ci il avqustun 2-də, bazar günü
V.İ.Vasilyev-Vyatskinin teatr-sirkində Parisdə qarşıdakı Ümumdünya sərgisi üçün Orta Asiya və Qafqazin canlandırılmış foto-
şəkilləri nümayiş etdiriləcəkdir.
Digər şəkillərlə bərabər göstəriləcəkdir.
1. Bibiheybətdə neft fontanı yanğını.
2. Əlahəzrət Buxara Əmirinin "Velikiy knyaz Aleksey" paroxodunda yolasalma mərasimi.
3. Qafqaz rəqsi
4. "İlişdin! ". Baki şəhər baxçasında baş vermiş yumoristik əhvalat.
Ətraflı məlumat afişalardadır.Başlanır axşam saat 9-da"
Qəzetin ertəsi qün çıxan sayında da həmin elan təkrar çap olunmuşdur.
Kinoşünas alim Məsumə Rzayeva 1971-ci ildə "Elm" nəşriyyatında çapdan çıxmış "Dokumentalnoe kino Azerbaydjana" kitabında
bu elan barədə xəbər vermişdi.Lakin çox təəssüf ki, bu məlumata nə o vaxt, nə də sonralar lazımi diqqət yetirilməmiş və hətta
tezliklə onun mövcudluğu unudulmuşdur.
Maraqlıdır ki, dünya kinosunun tarixi Fransada 1895-ci il dekabrın 28-də kinonun çəkilişi ilə deyil (çəkilişlər hələ həmin ilin mart
ayında aparılmışdır), kütləvi nümayişi ilə başlayır.
Ümumiyyətlə, XX əsrin əvvələrindən başlayaraq Bakıda yerli materiallar əsaında çəkilən xronikal lentlərin göstərilməsi barədə
mətbuatda xəbərlər dərc edilmişdir."Kaspi" qəzetini 1898-ci il 17 iyun tarixli sayında dərc edilmiş informasiyada xəbər verilir ki,
Bakı foto dərnəyi xeyriyyəcilik məqsədi ilə mayın 31-də Mixaylov bağında xalq gəzintisi təşkil etmiş, yığılan pulların yarısı
məhsul qıtlığından zərər çəkənlərə, qalanları isə dərnəyin inkişafına sərf olunmuşdur.Bu tədbir "Şəhər bağında xalq gəzintisi" adı
altında lentə alınmış, Bakı həyatından bəhs edən "Qatarın dəmir yolu stansiyasına daxil olması" , "Qafqaz və Merkuri" cəmiyyətinə
məxsus paroxodun limandan yola düşməsi, "Bazarnı küçəsi sübh çağı" adlı daha üç süjetlə birgə göstərilmişdir.
Bütün bu filmləri fotoqraf A.M.Mişon çəkmişdir.Cənab A.M.Mişon kimdir?O Balıya necə gəlib çıxmışdır?
XlX 90-cı illərindən Bakı dünya neftinin yarısını istehsal edirdi.Şəhər öz miqyasını sürətlə genişləndirir,burada bir birindən gözəl
imarətlər salınır,mədəniyyət ocaqları tikilr, əhali sürətlə artırdı.Bakı artıq büyün Zaqafqaziyanın mədəniyyət mərkəzi kimi
tanınmağa başlamışdı.
Fransadan gəlmiş fotoqraf A.M.Mişonun Bakıda fotoatelyesi və nəşriyyatı var idi.Onun fotoatelyesi Ə.Əliyev küçəsinin başlanğıcında
M.Ə.Rəsulzadəyə abidə qoyulacaq bağın yerində idi.
Azərbaycan Respublikası Dövlət Kinofoto Sənədlər Arxivinin soraq kitabçasında(1964) məlumat verilir ki, fotoqrafiya sahəsində elmi
biliklərin qızğın təbliğatçısı A.M.Mişon Bakı mənzərələrini, neft mədənlərini, neft emalını, neft mədənlərində baş verən yanğınları
böyük məharətlə çəkərək silsilə şəkillər qoyub getmişdir.Həmin şəkillərin negativləri dövlət arxivində saxlanılır.Hər neqativin
üzərində "A.M.Mişon" və neqativin çəkiliş tarixi yazılmışdır.
"Bibiheybətdə neft fontanı yanğını" və "Balaxanı neft mədənində fontan" xronikal filmləri bu gün də Beynəlxalq Kino Arxivləri
Federasiyasında saxlanılır(FİAF).
Bəs Azərbaycan kinosunun yaşı necə müəyyən olunmuşdur?Məlumdur ki,keçmiş SSRİ-də bütün millətlər üçün bir tarix mövcud idi.
1919-cu ildə sovet hükuməti Rusiyada kinomatoqrafiya və fotoqrafiya müəssisələrinin milliləşdirilməsi üşün dekret imzalamış və
həmin sovet kinosunun yaranması kimi uzun illər qeyd olunmuşdu.Yalnız 1976-cı il mayın 14-də Azərbaycan kinosunun 60 illiyi
ilk dəfə qeyd olundu və tarixə Azərbaycan kinomatoqrafçılarınin peşə bayramı kimi daxil oldu.Bundan çox sonra Azərbaycan
kinomatoqrafçıları özlərinin 80 illiyinə hazırlaşdıqları bir vaxtda bu sətirlərin müəllifi A.Kazımov bəyan etdi ki, Azərbaycan
kinosunun yaşı 98-dir. Faktlar göz qabağında idi.Beləliklə,Azərbaycan kinosunun yaşı 1898-ci il avqustun 2-dən hesablanır.
Kinoşünas Aydın Kazımov
|
|